Əsl İstirahət Amburan Mall-da!

Ağır iş günləri, yorucu iş həftələri ilə yanaşı istirahətə zaman ayırmaq çox vacibdir. Mənəvi rahatlıq, yüksələn motivasiya və sakit beyin ilə istirahətdən sonrakı işlər də sizə çətin gəlməyəcək. Sizi ailəniz, dostlarınızla və sevdiklərinizlə birlikdə istirahət və əyləncənin ünvanı Amburan Mall-a dəvət edirik.

Restoran seçimi istirahətin ən önəmli parçalarından biridir. Amburan Mall möhtəşəm terras və Xəzərin mavi sularına açılan mənzərə qarşısında dadlı yeməklərlə sizə yüksək əhval vəd edir. Ləziz dessert və şirniyyatları dadmaq üçün Ca`d`oro, Cake Bake-ə mütləq baş çəkməlisiniz. Nəfis yeməklər təqdim edən Villa Turkish və fastfood-un ən sevilənlərindən KFC, McDonald`s, Bir İki Dönər seçimləriniz arasında mütləq olmalıdır.

Əyləncə isə istirahəti daha da yadda qalan edən önəmli amillərdəndir. Sərhədsiz əyləncə ilə xoşbəxt saatlar Amburan Mall-da sizi gözləyir! Həm siz, həm də uşaqlarınız burada əsl həyəcan yaşayacaqsınız. 

Siz ANVİO VR ilə virtual reallığı fəth etməyə hazır olun, uşaqlarınızın əylənərək öyrənməsi və onların xoşbəxt gülüş səslərinin yüksəlməsi isə Amburan Kids-in öhdəsindədir. Əyləncə bununla bitmir, CinemaPlus da geniş və işıqlı ekranda yeni premyeraları izləyə bilərsiniz.

Limitsiz əyləncə və əsl istirahət Amburan Mall-da sizi gözləyir!