Doğmalarla xoş anları gecikdirməyin!

Hər birimiz keçdiyimiz ilin bizə öyrətdiyi yeni vərdişlər, gətirdiyi yeni prioritetlər, verdiyi yeni dərslərlə həyata yeni axında davam edirik. Sağlamlığımızın daha çox qeydinə qalır, insanlarla aramıza məsafə qoyur, pandemiyanın gətirdiyi çətinliklərdən özümüzü qorumağa çalışırıq.

Ancaq unutmayaq ki, əhvalınızın yüksək olması da səhhətiniz üçün vacibdir. Odur ki, ömrü qısa olan bu günlərin kefinizi pozmağına imkan verməyin və xoş anlar yaşamağın vacibliyini unutmayın.

Amburan Mall çətin keçən bir ilin ardından bu gün də karantin qaydalarına riayət edərək sizi qorumaqla istirahətinizi təmin etməyə davam etməkdədir.

Təmiz hava, Xəzərin mavi sularına baxan terras, ailəniz və ya dostlarınızla yadda qalan anlar istəyirsinizsə sizi Amburan Mall-da səhər yeməyinə dəvət edirik. Cake & Bake, Ca`d`Oro Villa Turkish Cuisine, LVİV Handmade Chocolate sizi qonaq etməkdən məmnunluq duyacaq.

Bir daha xatırlatmaq istəyirik ki, davam etməkdə olan pandemiya dövrü ərzində Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün qaydalara hər zaman, eləcə də ticarət mərkəzinə daxil olarkən əməl etmək mütləqdir. Ara məsafəsi saxlamağı, tibbi masklardan istifadə etməyi, əllərinizi tez-tez sabunla yumağı və ya dezinfeksiyaedici məhlullarla təmizləməyi unutmayın.

Sağlam qalın!