Amburan Mall ilə sərin payız günlərini daha maraqlı edin!

İsti yay günlərini artıq geridə qoyuruq. Sərin, küləkli payız günləri özü ilə birlikdə həyatımıza yeni nəfəs gətirir. Əgər payızın ilk günlərini necə dəyərləndirəcəyiniz barədə fikriniz yoxdursa Amburan Mall-a gəlməyiniz kifayətdir.

Cadoro, Lviv Handmade Chocolate, Cake Bake ilə möhtəşəm terras və Xəzərin mavi sularına açılan mənzərə qarşısında bir fincan kofe ve dadlı dessertlərlə əsl istirahəti, əsl həzzi yaşayacaqsınız. Buradakı bütün restoranlar istirahətinizi fərqli ləzzətlərlə yaddaqalan edəcək.

Balaca qonaqlar üçün düşünülmüş oyunlar sadəcə əyləndirməklə qalmayacaq, həm də düşündürücü detallarla onların inkişafına dəstək olacaq. Sweet City ilə 2-6 yaş arası uşaqlar rəngli tunellərdən keçib, yumşaq sürüşkənin üzərində uşaq olmağın ləzzətini yaşayacaqlar. 3 yaş ilə 6 yaş arası uşaqlar inşaat şəhəri olan Builder City-də öz şəhərlərini inşa edərək məharətlərini göstərəcəklər. Kiçik memarların yaradıcılığını izləmək valideynlər üçün də sevindirici olacaq. MotorCity-də avtotrasda sürüş, yanacaq doldurma məntəqəsindən istifadə və təkər təmiri kiçik avtomobil sevərlərin öhdəsindədir.

Balacalar öz oyunları ilə əylənərkən siz də Anvio VR ilə virtual reallığın həyəcanını yaşaya, CinemaPlus ilə film dünyasının ən yeni premyeralarını izləməkdən həzz ala bilərsiniz.

Alış-veriş, dadlı yeməklər və istirahət, bir sözlə, ehtiyac duyduğunuz hər şey Amburan Mall-da!