Amburan Mall-da yeni il ab-havası!

Budur, 2019 sona yetir! Böyük bir ili geridə qoyub yeni ilə qədəm qoyuruq. Dekabrın gəlişi ilə yeni il ab-havası hər yerdə hiss olunmağa başlayır. Bütün şəhər bəzənmiş şam ağacları və rəngli dekorasiyalar ilə göz qamaşdırır. Amburan Mall da öz növbəsində yeni il hazırlıqlarını tamamlayıb və qonaqlarını fərqli aura, fərqli görünüş ilə qarşılamağa hazırdır!

Gözoxşayan oyuncaqlarla bəzədilmiş hündür şam ağacı, rəngarəng işıqlar və dekorasiyalar hərkəsə əsl yeni il ehvalını yaşadır. Yolunuzu Amburan Mall-dan salaraq həm evinizin yeni il alış-verişini edə, həm də sərfəli kampaniya və endirimlərdən yararlana bilərsiniz. Bravo-dan edəcəyiniz alış-veriş ilə yeni il süfrənizi dadlı yeməklərlə bəzəyə, həm Sel Home, həm də Bravo ilə evinizdə yeni il ab-havasını asanlıqla yarada bilərsiniz.

Amburan Mall yeni ilinizi daha maraqlı etmək üçün yolunuzu gozləyir!