Amburan Mall-da Maraqlı Həftə Sonu!

Hələ də həftə sonunu haraya gedim deyə düşünürsünüzsə sizə möhtəşəm təklifimiz var!   

Noyabr ayının gəlişi ilə payız ab-havası artıq hiss edilməyə başladı. Yağışlı, küləkli havanın həftə sonunu ürəyinizcə keçirməyə imkan verməyəcəyini düşünürsünüzsə yanılırsınız. Yağışlı payız havasının istirahətinizi korlamağına əsla izin verməyin. Çünki hər mövsümün özünə uyğun istirahəti var. Sanki dünən qurtaran qızmar yayda dənizin ətrafında soyuq içkilər və sərin dəniz havası həftə sonunu rəngli edirdisə, ilk soyuğu gətirən payızda da bir fincan isti çay, qəhvə və ya şokolad həm canınızı həm də qəlbinizi isidəcək, sevdiklərinizin ətrafında sizə xoş anlar yaşadacaq.

Bu soyuq həftə sonlarında Amburan Mall sizə maraqlı gün təklif edir. Əlbəttə ki, ailəniz və ya sevdikləriniz ilə birlikdə olacaqsınız, çünki ailənin hər bir üzvünün dincəlməyə ehtiyacı var. Siz özünüz yorğun iş həftəsindən, məktəblilər gərgin dərslərdən sonra yaxşı istirahətə layiqdirlər. Lap balacalar isə valideynlərinin əhatəsində olmaq istəyirlər.

Övladlarınız üçün Amburan Kids qapılarını açır. İki yaşdan altı yaşadək uşaqlar Sweet City-də çox xoş anlar yaşayacaqlar. Şirinlik şəhəri balaca şirinləri əyləndirəcək. Peşəkar heyət isə onlara nəzarət edərək valideynlərin də işini yüngülləşdirəcəkdir.

Avtomobil sevən üç – səkkiz yaşlı balacalar Motor City-də həm maşın sürəcək və həm də sürdükləri maşına qulluqla məşğul olacaqlar. Burada nəzarətçilər onları yol hərəkəti qaydaları ilə də tanış edəcək və bu qaydalara riayət etməyin nə qədər vacib olduğunu Motor City təcrübəsində izah edəcəklər. Balacalar maşınlarına yanacaq doldurma məntəqəsində yanacaq doldurmağı, təmir məntəqəsində təkər dəyişməyi, kiçik nasazlıqları aradan qaldırmağı öyrənəcəklər.

Tikinti sevən yaradıcı üç – səkkiz yaş arası balaları Builder City qarşılayır. Mühəndis geyimini geyinərək balacalar sökəcək, tikəcək, dağıdacaq və quracaqlar. Bir sözlə bu işin əsasları ilə tanış olaraq təxəyüllərini faydalı işlədə biləcəklər. Bəlkə də bu anlarda onlar gələcək peşələri haqqında ik qərarı vermiş olacaqlar.

Anvio VR hərəkət, dinamika, qəhrəmanlıq sevən hər kəsi gözləyir. Yalnız yeniyetmələr deyil, yetkinlər də buraya gələrək əhatə olunduqları reallıqdan uzaqlaşıb virtual aləmin qəhrəmanına çevrilə bilər. Həyəcan, qorxu hisslərini yaşadan avadanlıqlar, səs sistemi bir anlıq sizi sevdiyiniz qəhrəmanlara çevirəcəkdir. Hətta yeniyetmə övladlarınızla birgə də bu təcrübəni yaşamaq mümkündür. Ya siz onun, ya da o sizin qəhrəmanınız ola bilər.

Cinema Plus-un repertuarı bu həftə sonu çox rəngarəndir: Malefisenta, Joker, Adamslar Ailəsi, Terminator. Hər kəsə uyğun filmlər və seanslara buyurun. Istədiyiniz popkornu seçərək bir neçə saat sevdiyiniz janrla üzbəüz qalmaq çox asandır.

Payızın ilk soyuq günlərini isti edən çay, qəhvə, isti şokolad və digər daha maraqlı təkliflər üçün McDonald’s, KFC, Cake Bake, Lviv Handmade Chocolate-ə yaxınlaşın. Bu yerlərdə həm də çox dadlı və maraqlı şirniyyat seçimi vardır ki, bu da soyuq günləri əlvan edən əsas amillərdən biridir.

Nahar seçimində fast food sevərlər hara getmək lazım olduğunu artıq bilirlər. KFC və Mcdonald`s klassik menyusu və etdiyi yeniliklərlə sizi gözləyir.

Türk mətbəxi həvəskarlarını isə Villa Turkish Cuisine ləzzətli təamlar ilə qarşılayacaqdır.

Əgər həftə sonu evə lazım olan ərzaq alış-verişini etməmisinizsə buna da çarə tapılar. Bravo Supermarketə gəlin, buradakı kampaniyadan da yararlanın. Belə ki, 31 oktyabr – 13 noyabr tarixlərində burada seçilmiş məhsullara endirimli qiymətlər mövcud olacaqdır.