Amburan Kids-dən Tətil Endirimi!

Ağır 2 aylıq dərs periodundan sonra tətil zamanıdır!

Yeni biliklər, tapşırıqlar və yorucu dərs günündən yorulan məktəblilər 16 noyabrdan etibarən yeni dərs ilinin ilk tətilinə çıxırlar.

Əziz valideynlər, bəs siz uşaqlarınızın tətil günlərini necə maraqlı etməyi düşünürsünüz? Sizə təklifimiz var! Amburan Mall-a gəlməyiniz kifayətdir!

16 noyabr da daxil olmaqla balacalar bütün tətil günlərində Amburan Kids-də saat 13:00-dan 20:00-a qədər 50%  endirimli qiymətlərdən yararlanaraq əylənə və əsl istirahəti yaşaya bilərlər.

Siz də balacaların yeni dərs ilindəki əziyyətini qiymətləndirin və onlara Amburan Kids-də maraqlı oyun saatları bəxş edin!

Ətraflı məlumat üçün: 012 525 35 53