Sel Home ilə əsl yeni il əhvalı!

Yeni il ənənə və əhval-ruhiyyə baxımından ən maraqlı, ən həvəslə gözlənilən bayramlardan biridir. Xüsusilə yeni il əhval-ruhiyyəsi insanların könlünü oxşayır. Şəhərin hər yeri gözoxşayan aksesuarlarla bəzədilib və yeni ilin rəmzlərindən biri olan hündür şam ağacları öz əzəməti ilə artıq yeni il şənliklərində öz yerini alıb. Sadəcə şəhər deyil, evlərdə də yeni il ab-havası artıq özünü göstərir. Bəzəklər, dekorasiyalar, həvəslə gözlənən yeni il süfrəsi üçün hazırlıqlar!

Sel Home yeni il əhvalını evinizə gətirməyə hazırdır. Şam ağacı üçün xüsusi zövqlə hazırlanmış oyuncaqlar, yeni il süfrəsi üçün qablar, şamlar və daha bir çox kiçik detallar evinizdəki sehirli ab-havanı tamamlayacaq. Unutmayın ki, hal-hazırda davam edən yeni il endirimləri ilə həm də qənaət edə  biləcəksiniz.

Yolunuzu Amburan Mall-dan salın və Sel Home ilə gözəlliyi evinizə gətirin!