Builder City: Yaratmağı Sevən Uşaqların Şəhəri

Uşaqlar hər şeylə maraqlanmağı sevirlər, amma inşaat onların xüsusi maraq dairəsindədir, çünki inşaat onlara evlərin necə tikildiyini, uca binaların səmaya doğru necə yüksəldiyini öyrədir. Uşağınız 2-8 yaş aralığındadırsa, Builder City-də mütləq olmalıdır. Çünki bura yaratmağı sevən uşaqların şəhəridir!

Kranla tikinti ləvazimatlarını daşımaq, yükləyiciləri, əl arabalarını idarə etmək və rəngli leqo bloklarından istifadə edərək böyük evi tikmək uşaqlara əvəzsiz təcrübə yaşadacaq.

Hava şarlarının əsrarəngiz hərəkəti isə uşaqların zehni inkişafında rol oynayacaq.

Unutmayın ki, burada hər şey uşaqların oynaması, əyləncəsi və dünyanı kəşf etmələri üçün düşünülüb.

Builder City-də doğum günü tədbirləri üçün nəzərdə tutulmuş parti otaqları mövcuddur. İstədiyiniz uşaq menyusunu seçin və balacaların sevinc dolu anlarından siz də həzz alın. Məkanda doğum gününə gələn bütün uşaqlar Builder City-nin oyun ərazilərindən də limitsiz yararlana bilərlər.