Kafe və restoranlarımız sizi qarşılamağa hazırdır!

Dəyərli qonaqlar, sizə yaxşı xəbərimiz var!

Nazirlər Kabineti yanında Operativ Qərargah yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı cari vəziyyətin dəyərləndirilməsi nəticəsində, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasını qərara aldı və 18 may tarixindən etibarən ölkəmizdə kafe və restoranlar fəaliyyətlərini müəyyən edilmiş qaydalarla bərpa etdi.

Beləliklə, nəzərinizə çatdırmaq istəyirik ki, Amburan Mall-da yerləşən kafe və restoranlar da qapılarını sizə açaraq xidmət göstərməyə başlamışdır!

Ca`d`Oro, Villa Turkish, Cake&Bake, McDonald`s, KFC, LVIV Handmade Chocolate, Bir-Iki Dönər hər gün 18:00-a qədər xidmətinizdədir. 

Darıxdığınız ləzzətlər və dəniz mənzərəli restoranlar sizi qarşılamağa hazırdır!