Amburan Mall-da sevdiyiniz brendlər yenidən xidmətinizdə!

Dəyərli qonaqlarımız!

Bildiyiniz kimi ölkəmizdə, eləcə də bütün dünyada hökm sürən COVİD-19 pandemiyası ilə əlaqədar olaraq bir müddətdir ki, bütün ticarət mərkəzi və mall-lar fəaliyyətini qeyri-müəyyən tarixədək dayandırıb. Tamamilə qapılarımızı sizə açacağımız günləri səbrsizliklə gözlədiyimizi bilməyinizi istəyirik. Lakin həmin günə qədər qismən də olsa, bəzi mağazalarımızla sizə xidmət göstərməyə başladığımızın xəbərini vermək istəyirik!

Zel Home, Pink, Cad`o`ro, Finchley və Hamilton artıq xidmətinizdə! Sizi yenidən görməkdən böyük məmnunluq duyuruq! 

Ancaq unutmayaq ki, pandemiya dövrü və karantina hələ də bitməyib. Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün qaydalara hər zaman, eləcə də ticarət mərkəzinə daxil olarkən əməl etməyinizi xahiş edirik. Ara məsafə saxlamağı, tibbi masklardan istifadə etməyi, əllərinizi tez-tez sabunla yumağı və ya dezinfeksiyaedici məhlullarla təmizləməyi unutmayın.

Tez zamanda heçbir məhdudiyyət olmadan görüşmək ümidi ilə!