Amburan Kids-də yeni il macərası

Yeni il yaxınlaşdıqca çoxsaylı şənliklər də başlayır. Tətil mövsümü, şübhəsiz ki, ilin ən həyəcanverici vaxtı olmaqla yanaşı, bütün ailənin birgə toplandığı ən gözlənilən zamandır.

Beləliklə, dekabr ayında, şəhərimizin iki müxtəlif uşaq əyləncə məkanında bir-birindən maraqlı yeni il şənlikləri keçiriləcək!

Cizgi filmi sevənlər üçün 28 Dekabr, Şənbə günü, 16:00-dan 18:00-dək Amburan Kids-də yerləşən Builder City-də baş tutacaq “Yeni il Macərası” hazırlanmışdır. Şənlik 4 və yuxarı yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur.

Əyləncə proqramına daxildir:

- Mr. White ilə Bəyaz Şou

- Sevimli cizgi filmi qəhramanları ilə görüş

- Şaxta Baba ilə maraqlı oyunlar

- Musiqili əyləncə

- Uşaq menyusu

Şənlik üçün nəzərdə tutulan biletləri Amburan Kids kassasından əldə etmək olar.

Əlavə məlumat üçün aşağıda qeyd olunan nömrələr ilə əlaqə saxlayın :

Amburan Kids: ☎️ (012) 525 35 53 Bilgəh qəsəbəsi, Zuğulba prospekti 337, Amburan Mall (2-ci mərtəbə)