Pis Oğlanlar 3

Amburan Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək “Pis Oğlanlar 3” filmini 23 Yanvardan etibarən Amburan Cinema-da izləyə bilərlər. 

Börnet şəriki ilə dalaşdı, Mayami Polis Təşkilatından ayrıldı və özəl xəfiyyəliyə başladı. Bu arada isə Louri orta yaş depressiyası yaşayır və subaylığa son qoymağı düşünür. Üstəlik, yeni eqoist şəriki ilə əlləşməlidir. Qardaşının ölümünə görə qisas almaq istəyən bir alban muzdlusu onlar üçün ov etməyə başlayanda "pis adamlar" yenidən birləşməli olurlar.

Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus Amburan Mall-a buyura bilərsiniz.