Görünməz adam

Amburan Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək “Görünməz adam” filmini 5 Martdan etibarən Amburan Cinema-da izləyə bilərlər. 

Zəngin və mükəmməl alimlə münasibətlər zorakılıq və aqressiyaya çevriləndə Sesiliya Kass gecənin bir aləmində qaçmağa qərar verir. Qaçıb gizlənməkdə ona bacısı, uşaqlıq dostu və onun yeniyetmə qızı kömək edir. Tezliklə Sesiliyanın keçmiş sevgilisi özünəqəsd edir və ona böyük sərvətindən pay vəsiyyət edir. Amma qız şübhələnir ki, keçmiş sevgilisi ölüm məsələsini düzüb qoşub, əslində isə o sağdır. Sesiliya çarəsiz vəziyyətdə onu kiminsə izlədiyini sübut etməyə çalışsa da, ağlını itirmiş olur.

Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus Amburan Mall-a buyura bilərsiniz.