Doktor Dulittlin heyrətamiz səyahəti

Amburan Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək “Doktor Dulittlin heyrətamiz səyahəti” filmini 20 Fevraldan etibarən Amburan Cinema-da izləyə bilərlər. 

Viktoria İngiltərəsində yaşayan məşhur baytar həkim Dulittl yeddi il öncə həyat yoldaşını itirdi. Hazırda isə evinin yüksək divarlarının arxasında gizlənərək monoton həyat tərzi keçirir. Onun yeganə dostları kolleksiyasında olan ekzotik heyvanlardır. Ancaq naməlum xəstəlik gənc kraliçanın həyatına təhlükə yaratdığı zaman həkim Dulittl evini tərk etmək və əfsanəvi adaya ağlasığmaz səyahət etmək məcburiyyətindədir.

Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus Amburan Mall-a buyura bilərsiniz.