Amburan Mall-da yay mövsümünün açılış tədbiri keçirildi!

16 iyun PAŞA Malls portfelinə daxil olan açıq səma altında fəaliyyət göstərən Amburan Mall-da mövsüm açılışı tədbiri baş tutmuşdur!

Tədbirdə çıxış edən PAŞA Malls-un Əməliyyatlar üzrə Direktoru Kemal Baştürk tədbirə qoşulan partnyorlarımızı, əməkdaşlarımızı və digər qonaqlarımızı salamlamış, burada yığışmağımızın əsas məqsədinin həm yayı qarşılamaq, həm də ticarət mərkəzimizdə həyata keçirilən yeniliklər, həftəsonu tədbirlərimiz və xidmətlərlə qonaqları tanış etmək olduğunu bildirmişdir.

Qeyd etməliyik ki, yay ayları boyunca ticarət mərkəzimizdə fəaliyyət göstərən sərinləşdirici içki və dondurma kioskları, həmçinin yeni açılan restoranlar və uşaq əyləncə mərkəzləri qonaqların xidmətindədir. Daha sonra isə açılış tədbiri musiqili proqram, şərab dequstasiyası, alov şousu kimi maraqlı fəaliyyətlər ilə gecə boyu davam etmişdir.

Yayın ruhunu hiss etmək üçün hər birinizi Amburan Mall-da gözləyirik! Macəra, əyləncə, alış-veriş və bənzərsiz ləzzətlərimizlə yay boyu sizinləyik!

#YayınruhuAmburanMall-da