ANVIO-da qəhramanlıq meydanı sizi gözləyir!

Son zamanlar gənclər arasında yeni əyləncə növü olan virtual reallıq oyunları bir trendə çevrilib. Belə məkanlar arasında dünyaca şöhrətli ANVIO VR-da Bakıda fəaliyyətdədir. Qabaqcıl texnologiyaları sayəsində hər bir oyunçunu bütünlüklə reallıqdan uzaqlaşaraq, özgə dünyaların xilaskarına çevirən bu məkan Amburan Mall-un ikinci mərtəbəsində yerləşir.

ANVIO-nu fərqləndirən cəhətlərdən biri də, eyni anda, eyni reallıqda komanda şəklində oynamaq bacarığını yaratmaqdır. Aksesuarlara bitişik olan sensorlar məlumatları qəbul edir və digər oyunçuların məlumatları ilə uyğunlaşdırır. Yaranan görüntü virtual reallıq eynəyində təsvir olunur. Nəticədə oyun içərisində olan şəxs yalnız özünün deyil, həm də oyundakı tərəfdaşlarının hərəkətlərini görür. Layihənin təsisçisi Eldar İsxakovun sözlərinə əsasən, məhz peşəkar kameralar və yeni "mühərrik" - Unreal 4 virtual dünyada mütləq fəaliyyət azadlığını həyata keçirməyə imkan verir.

ANVIO VR Bakıda gənclərə iki müxtəlif növ oyun formatı təqdim olunur, Sci-Fi formatını sevənlər üçün - Station Zarya, əsl döyüş həvəskarları üçün isə - City Z. Qısa bir zamanda şəhərimizdə oyun həvəskarları arasında böyük populyarlıq qazanan ANVIO VR payız-qış fəsilləri üçün endirimli qiymətlərini təqdim edir. 15 yaş və daha yuxarı əyləncə həvəskarları həftə içi 25 AZN, həftə sonu isə 40 AZN ödəməklə, tək və ya 4 nəfərlik komandası ilə 45 dəqiqə ərzində öz gücünü göstərə biləcək. Odur ki, həyacanlı və maraqlı anları qaçırmaq istəmirsinizsə ANVIO VR-a gəlin!

Daha ətraflı məlumat əldə etmək üçün (012) 525 35 53 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.